Funksiya prioritetləşdirməsi — RICE metodu

Azerbaijani Future Ninjas
6 min readJun 15, 2021

--

Azerbaijani Future Ninjas

Prioritetləşdirmə sözünün mənası

Merriam-Vebster lüğətinə görə “prioritetləşdirmə” sözü ən vacib işləri daha tez görmək və onlarla məşğul olmaq deməkdir. Buna bitirilməsi lazım olan tapşırıqların seçilməsi, onların müxtəlif faktorlara görə sıralanması, zamana həssas olub-olmadıqlarının yoxlanılması və hər birinin nə qədər zaman tələb etdiyinin hesablanması aiddir. Bu sizə maksimum məhsuldarlıq əldə edə bilməyiniz və daha çox şeyə çata bilməyiniz üçün nəyə fokuslanmalı olduğunuzu müəyyənləşdirməyə kömək edir.

Bəzi şirkətlər yaxşı ideyaların azlığından uğursuzluğa uğrayırlar. Bəs onlar həqiqətən də yalnız yalnış ideya seçdikləri üçün uğursuz olublar? Əslində, startupların uğursuz olmalarının birinci səbəbi onların bazarın ehtiyacı olmayan məhsulları hazırlamasıdır.

Azerbaijani Future Ninjas

Lakin bu o demək deyil ki, siz rahatca oturmalısınız və hazırlamaq üçün hansısa məhsul və ya funksiya düşünməməlisiniz. Hazırlamaq üçün düzgün elementlər seçmək o deməkdir ki, uzun müdddətli yaxşı ideyalarınızı ən vacib, real və təcil olmaqla prioritetləşdirməlisiniz. Bu, adi bir şey deyil. Elə buna görə də proyekt menecerlərinin çoxu komandanın limitli vaxtı, resursları, pulu və enerjisi ilə hansı funksiyaları tətbiq etməyin qərarını verməyin ən çətin hissə olduğunu qəbul edirlər.

Biz bu bloqda prioritetləşdirməyə təsir edən əsas faktorları nəzərdən keçirəcək, eyni zamanda bunu ən yaxşı yolla etmək üçün uyğun strategiyaları misal göstərəcəyik.

Prioritetləşdirmə nə üçün vacibdir?

Azerbaijani Future Ninjas

Bitirilməsi lazım olan bütün işləri bitirmək üçün prioritetlər qurmaq şərtdir. Prioritetləşdirmək çox vacibdir, çünki bu sizə əvvəlcə çox təcil olan tapşırıqları, sonda isə aşağı prioritetlərə sahib olan tapşırıqları bitirməyə imkan verir.

Əgər prioritetləşdirməyə zaman sərf etməsəniz, siz sonradan işlərinizi vaxtında həll etməklə bağlı problemlər yaşayacaq və “edilməli” olan işləri necə edəcəyinizlə bağlı stressdə olacaqsınız.

Bu şəkildə düşünün. Hər kəsin edilməsi lazım olan işləri var. Çox vaxt insanlar bir siyahı yaratmaqla etməli olduqları hər şeyi izləyirlər. Bu yoxlama siyahısı sizə etməli olduğunuz tapşırıqları göatərsə də, sizin daha səmərəli işləyərək vaxtınıza və enerjinizə qənaət etmək üçün fokuslanmalı olacağınız və indi etməli olduğunuz işləri müəyyənləşdirməyə ehtiyacınız var.

Funksiya prioritetləşdirməsi vizyon və məqsədlə başlayır.

Azerbaijani Future Ninjas

Funksiyaları prioritetləşdirərkən ən çətin məqam bu qərarların sadəcə məhsulunuz üçün yox,həm də şəxsi qərarlar olmasıdır. Hər bir element, yanaşma tərzi, bucaq və ideya kiminsə qızğın işinə və düşüncəsinə təsir edir. Bu, “stakeholder”lərlə müxtəlif dərəcəli yatırımlar və proyekt üzərində nəzarət barədə işləyəndə daha çətin olur.

Əgər komanda “böyük şəkil”lə razılaşmasa, əlbəttə ki, onlar tək bir funksiya ilə də razılaşmayacaqlar. Böyük şəkil-strategiya və şirkətin məqsədləri hər bir komponent üzərində müzakirə aparmazdan öncə aydın və hazır olmalıdır. Digər halda bu hara gedəcəyinizi bilmədən maşın yoxsa qayıq götürmək üstündə mübahisəyə bənzəyir.

Funksiya prioritetləşdirmə vizyonla başlasa da, bu onun bitdiyi yer deyil.

RICE qiymətləndirmə metodu : prioritetləşdirmək üçün sadə alət

RICE qiymətləndirmə modeli məhsul menecerlərinə müəyyən elementləri/ideyaları dörd amilə uyğun olaraq qiymətləndirərək hansı məhsulları, xüsusiyyətləri və digər təşəbbüsləri öz yol xəritələrini qoyacaqlarını müəyyənləşdirməyə kömək etmək üçün hazırlanmış bir alətdir. RICE qısaltmasını əmələ gətirən bu amillərdir; Reach(çatma), Impact (təsir), Confidence(güvən) və Effort(səy).

RICE kimi bir qiymətləndirmə modelindən istifadə məhsul qruplarına üç qat fayda verə bilər. Belə ki, bu model məhsul menecerlərinin daha yaxşı məlumatlandırılmış qərarlar qəbul etmələrini, qərar qəbul edərkən şəxsi qərəzliliyinin minimuma endirilməsini və prioritetlərin icra heyəti kimi digər maraqlı tərəflər qarşısında qorunmalarına kömək edə bilər.

Yaxşı bir prioritetləşdirmə modeli layihə fikri ilə bağlı hər bir faktoru açıq gözlü bir nizam-intizamla nəzərdən keçirməyə və bu amilləri sərt, ardıcıl birləşdirməyə kömək edəcəkdir.

Məhsulda prioritetləşdirmə üçün bir hesablama sistemindən istifadə etmək əlbəttə ki, yeni deyil. Maliyyə xərclərini və faydaları tarazlaşdırmaq üçün hazırlanmış sistemlər çoxdur. Ancaq fərqli fikirləri ardıcıl və faydalı şəkildə müqayisə etməyə imkan verən birini tapmaqda çətinlik çəkə bilərsiniz.

Nəticədə, ilk prinsiplərdən prioritetləşdirmə üçün bal sistemi inkişaf etdirməyə başladı. Çox sınaq və təkrarlamadan sonra dörd amil və onları birləşdirmək üçün bir metod üzərində qərarlaşdı.

Reach (Çatmaq)

Azerbaijani Future Ninjas

RICE balınızı müəyyənləşdirən ilk amil təşəbbüsünüzün müəyyən bir müddətdə neçə nəfərə çatacağını bilməkdir.

Bu kontekstdə “çatma”nın nə demək olduğunu və onu ölçmək istədiyiniz müddətə qərar verməlisiniz. İstənilən dövrü — bir ay, üç ay və s. seçə bilərsiniz və müəyyən funksiyanın müştəri əməliyyatlarının sayına, pulsuz sınaq qeydlərinə və ya yeni xüsusiyyətinizi neçə mövcud istifadəçinin sınayacağına dair qərar verə bilərsiniz.

Çatış hesabınız təxmin etdiyiniz rəqəm olacaqdır. Məsələn, layihənizin növbəti üç ayda 150 yeni müştəri gətirəcəyini gözləyirsinizsə, əldə etmə (çatma) balınız 150-dir.

Impact (Təsir)

Azerbaijani Future Ninjas

Hədəfinizə daha yaxşı çatmaq üçün seçdiyiniz xüsusiyyətlərin müştəriyə nə qədər təsir edəcəyini müəyyənləşdirmək lazımdır. Komandanıza bu tapşırığı “zövqü maksimuma çatdırmaq” kimi də verə bilərsiniz. Və ya yeni əlavə etdiyiniz xüsuiyyət müştərinizin yenidən sizi seçməsi üçün nə qədər təsirli olar?

Təsiri dəqiq ölçmək çətindir. Beləliklə, çox seçimli bir tərəzi arasından seçim etdirik; “kütləvi təsir” üçün 3, “yüksək” üçün 2, “orta” üçün 1, “aşağı” üçün 0,5 və nəhayət “minimum” üçün 0,25. Bu rəqəmlər yuxarı və ya aşağı miqyaslandırmaq üçün son hesaba vurulur.

Nümunə: Bunu görən hər bir müştəri üçün bunun çox təsiri olacaqdır. Təsir hesabı 3-dür.

Confidence (Güvən)

RICE hesabınızın bu komponenti komandanızın əvvəl verdiyi məlumatlara nə qədər güvəndiyini və ya onlardan nə qədər əmin olduğunu müəyyən edir.

Məsələn, çatma təxmininizi dəstəkləyən bir məlumatınız varsa, ancaq təsir balınız reallığı əks etdirmir və gülməli görünürsə, güvən balınız nəticəni daha düzgün hesablamağa kömək edəcəkdir.

% 50-dən aşağı bir güvən balına çatırsınızsa, əvvəlki məlumatları bir daha nəzərdən keçirin və daha dəqiq məlumatlar toplamağa çalışın. Əks halda bunu hesablamaq mənasız olacaq.

Effort (Səy)

Azerbaijani Future Ninjas

Bütün amilləri bu nöqtəyə qədər müzakirə etdik — çatma, təsir, güvən. Bunlar RICE hesablama modelinin surətini əmələ gətirən faktorlar idi. Səy faktoru isə məxrəci formalaşdır. Layihənin komandanızın bütün üzvlərindən tələb edəcəyi ümumi vaxtı təxmin edin: məhsul, dizayn və mühəndislik.

RICE balı necə hesablanır?

Beləliklə, dörd amilimizi qısa bir şəkildə ümumiləşdirək.

Bu amilləri qiymətləndirdikdən sonra onları bir nöqtədə birləşdirin ki, layihələri bir baxışda müqayisə edə biləsiniz. Budur sadə düstur:

RICE ballarını necə effektiv istifadə etmək olar?

Əlbəttə, RICE balları çətin və qısa yol kimi istifadə olunmamalıdır. Sizin ilk olaraq aşağı balla qiymətləndirilmiş proyektlə başlamağınız üçün çoxlu səbəblər ola bilər. Məsələn: bir proyektin digər proyektdən asılılığı ola bilər, beləliklə, onun daha əvvəl həyata keçirilməsi məqsədəuyğundur. Və ya müştəri sırasız olaraq başqa proyekt üzərində işləmək istəyə bilər.

Və bu çox normaldır! Bal sistemi ilə siz bu “trade-off”ları nə zaman edəcəyinizi müəyyənləşdirirsiniz

Nəticə

RICE bal sistemi məhsul komandasına qısa zamanda proyekt ideyalarının dəyərini daha yaxşı anlamağa və funksiyaların vacibliyini obyektiv olaraq qiymətləndirmək üçün dayanıqlı bir imkan yaradır.

Ümid edirik zövq aldınız!

IT, Product Management, Data Science & Analysis, Dizayn, Marketinq sahələrində daha çox məlumat almaq üçün icmamıza qoşulun🤓⤵️

Azerbaijani Future Ninjas

Tezliklə görüşənədək!

--

--

Azerbaijani Future Ninjas

IT, Product Management, Data Science & Analysis, Dizayn, Marketinq sahələrində daha çox məlumat almaq üçün icmamıza qoşulun ⬇️ https://cutt.ly/wbzbqDC