User Persona( İstifadəçi Personajı) nədir?

Azerbaijani Future Ninjas
7 min readJun 10, 2021

--

İstifadəçi personaj (User Persona) sizin real müştərinizin uydurma təsviridir. Şirkətlər həqiqi fərdlər kimi istifadəçi personajlar yaradır və onda bir qrup insanda olan ümumi xüsusiyyətləri əks etdirirlər. Onlar xüsusi bir fərd olmadıqları üçün yarı-uydurma sayıla bilərlər, lakin ,əslində, istifadəçi personaj yaradarkən məlumatlar müşahidə əsasında, real müştərilərin xarakterlərindən toplanılmalıdır. Bu istifadəçi personajlar müəyyən məhsul, xidmət, kampaniyaya bir qrup insanın verəcəyi real və etibarlı reaksiyanı əks etdirmək məqsədi daşıyır.

Adətən, istifadəçi personaj bir-iki səhifəlik sənədlə təqdim olunur. Bu bir-iki səhifəlik təsvirə onların davranışı, məqsədləri, bacarıqları, münasibəti, əvvəlki məlumatları, eyni zamanda əhatəsində olduğu ətraf mühit daxil edilir. Çox vaxt dizaynerlər personajları daha real və kontekstə uyğun yaratmaq üçün onlara bir neçə uydurma şəxsi keyfiyyət əlavə edirlər.

Nə üçün istifadəçi personaja ehtiyac var?

İstifadəçi personajlar biznesi böyütmək və inkişaf etdirmək üçün hədsiz dərəcədə faydalıdırlar. Onlar insanların məhsul axtarma, satın alma və istifadə etmə kimi müxtəlif vərdişlərini üzə çıxarmağa kömək edir, beləliklə, siz səylərinizi real insanlar üçün təcrübəni yaxşılaşdırmağa və onlardan istifadə etməyə yönəldə bilərsiniz.

Düzgün məhsullar yaratmaq üçün hədəf auditoriyasını dərindən anlamaq vacibdir. Proqram və ya veb-sayt hazırlamağınızdan asılı olmayaraq, məhsulunuzu kimin istifadə edəcəyini bilməlisiniz. Real istifadəçi problemini həll edə bilməyniz üçün beyninizdə problemin nə olduğu aydın olmalıdır. Bu problemi yaza bilmək üçün siz, əvvəla, istifadəçilərinizi və onların ehtiyaclarını anlamalısınız.

İstifadəçilərinizi kifayət qədər yaxşı anlamaq sizin elementləri seçməyinizə və onları dizayn etməyinizə kömək edəcək ki, bu da sizin məhsulu daha dəyərli edir. İstifadəçi personajları məhsul komandasına aşağıdakı əsas sualları cavablandırmağa kömək edir:

  • Mənim ideal müştərim kimdir?
  • Mənim istifadəçilərimin hazırki davranış nümunəsi necədir?
  • Mənim istifadəçilərimin ehtiyacları və məqsədləri nələrdir?
  • Hazırki nöqtədə onlar hansı çətinlik və problemlə üzləşə bilərlər?

Siz auditoriyanın gözləntilərini, narahatlıqlarını, maraqlarını anlamaqla istifadəçiləriniz ehtiyaclarını qarşılayaraq uğurlu ola biləcəksiniz. Düzgün qurulmuş istifadəçi personajlar sizə müştərilərinizin ehtiyaclarını müəyyənləşdirməyə və onlarla əlaqə saxlamağa şərait yaradacaqdır. Bu personajlar, həmçinin sizə ümumi dəyərləriniz üçün vacib olan məhsulunuzdan istifadə edən şəxsləri təsvir etməyə kömək edəcəkdir.

İstifadəçi personajların faydaları

Ümumiyyətlə, yaxsı araşdırılmış, analitik və informasiya yönümlü istifadəçi personajları şirkətin məhsulunun inkişafı, satış strategiyaları və marketinq kampaniyaları üçün hədsiz faydalıdır. Bu personajlar strategiya hazırlamaqda və ağıllı dizayn qərarları verməkdə kömək edir. Belə ki, onlar həm real istifadəçiləri məhsul komandası üçün yaddaqalan edir, həm də səyləri cəmləşdirməyə və empatiya qurmağa kömək edirlər.

Empatiya qurur

Əgər dizaynerlər insanların istifadə edəcəyi yaxşı məhsul hazırlamaq istəyirlərsə, onda, empatiya əsas dəyər sayılır. İstifadəçi personajları dizaynerlərə istifadəçiləri anlamağa və empatiya yaratmağa kömək edir.

Dizaynla bağlı qərar vermək üçün istiqamət verir

İstifadəçi personajları dizaynerlərə məhsul strategiyasını formalaşdırmağa və testlər zamanı onları müşayiət etməyə kömək edir. İstifadəçini görərək onun davranışlarının və ehtiyaclarının dərindən anlanılmalqa məhsulda nəyin vacib olduğunu və nəyə ehtiyac olmadığını başa düşmək mümkündür. Bu isə məhsul komandasına lazım olan funksiyaları prioritetləşdirməyə kömək edəcəkdir.

Araşdırmaların nəticələrini əlqələndirir

Personajlar istifadəçilər haqqında ən vacib məlumatları özündə cəmləşdirir. Bu isə bütün komanda üzvləri və maraqlı tərəflərə istifadəçi personajlarını daha yaxşı anlamağa və lazım olan məlumatları əlaqələndirməyə kömək edir.

İstifadəçi Personajların 4 müxtəlif növü/perspektivi

  1. Məqsədyönümlü personaj

Məqsədyönümlü personaj problemi həll etmək üçün metodologiyaya fokuslanır. Məqsədyönümlü personajın əsas məqsədi istifadəçinin məhsul və ya servisdən istifadə edərkən üstünlük verdiyi prosesi(yolu) və iş axımını yoxlamaqdır. Ona görə də bu personaj İstifadəçi təcrübəsi (UX) və məhsul inkişafı ilə daha çox əlaqəlidir.

2. Rol yönümlü personaj

Rola əsaslanan personaj, personajın şirkət daxilindıə harada(hansı rolda) olduğunu və bunun onun davranışlarına və qərar qəbul etməsinə necə təsir etdiyini başa düşür. Rola əsaslanan personajlar kütləvi şəkildə məlumatlara əsaslanır və həm keyfiyyət, həm də kəmiyyət mənbələrindəki məlumatları özündə cəmləşdirirlər. Onlar,əsasən, istifadəçinin təşkilatdakı roluna fokuslanır.

3. Cəlbedici personaj

Cəlbedici personajlar həm məqsədyönümlü, rol-əsaslı, həm də ənənəvi personajları özündə cəmləşdirə bilər. Bu personaj dizaynerlərə istifadəçilərlə ünsiyyət qurmaq üçün çox yaxşı fürsət verir. Bu strategiya komandaların bir insanı həqiqi mənada təsəvvür etməsinə və bu səbəbdən daha yaxşı bir məhsul təqdim etməsinə kömək edərək dizayn proseslərini yaxşılaşdırır.

4. Uydurma personaj

Uydurma personaj istifadəçi araşdırması nəticəsində meydana gəlmir(digərlərindən fərqli olaraq) , lakin siz onu UX dizayn komandasının təcrübəsində görə bilərsiniz. Bu, komandadan istifadəçi bazası və məhsullarla əvvəlki qarşılıqlı əlaqələrinə əsaslanaraq tipik istifadəçilərin necə göründüyünü göstərmək üçün fərziyyələr irəli sürməsini tələb edir.

İstifadəçi personajı necə yaratmaq lazımdır?

Addım 1. Öz datanıza diqqətlə baxın.

İlk addımda siz araşdırma, əsasən də istifadəçi müsahibəsindan toplanılmış informasiyalar ilə yaxından tanış olursunuz. Əvvəla, əsas problemləri və açar sözləri etiketləyin. Əgər müştəri ilə işləyirsinizsə, bu perjonajla bağlı maraqlı tərəflərin də fikirlərini əsas tutmalısınız. Personaj həm də biznesinizin məqsədlərini də qarşılamalıdır. Uğurlu personaj yaradarkən həm istifadəçinin, həm də biznes sahibkarının ehtiyacları vacib tutmaq lazımdır.

Addım 2. Nümunələri müəyyənləşdirin

Analiz etmək üçün bütün lazımlı informasiyaları toplamısınızsa, indi trendləri müəyyənləşdirmək vaxtıdır! Əvvəlcə “gizlənmiş” data olub-olmadığını müəyyənləşdirmək üçün birinci addımda etiketlədiyiniz dataya baxın. Əlbəttə ki, siz burada müxtəlif insanların subyektə müxtəlif yanaşmasının olduğunu başa düşməlisiniz.

Addım 3. Personaj yaradın.

Personajlar adətən aşağıdakı əsas elementləri özündə birləşdirir:

Ad: Real müştərilərdən götürlümüş, həqiqi və ya uydurma ola bilər. Məsələn, “Nigar-qənaətcil alıcı”

Şəkil: Ada şəkil əlavə etmək hər zaman kömək edir. Stokdaki şəkillər bunun üçün yaxşı seçim ola bilər, lakin məhşur adamların, işçilərin və ya hansısa fərziyyələr yarada biləcək tanış üzləri bu hissəyə qoymaqdan çəkinin.

Şəxsi fikir/motto: Foto kimi bu əlavə də personajı canlandırmağa və onu daha həqiqi bir insan kimi görməyə imkan verir.

Xülasə: Personajı daha uyğun etmək üçün ona bir hekayə verin. Onun uşaqlığı necə idi? O nə üçün bu işi seçdi? O öz boş vaxtını necə keçirir?

Bu kiçik detallar sizin verdiyiniz stratejik qərarlara təsir edir.

Demoqrafiya: Yaş, cins, gəlir, məkan-sizin sektorunuza aid ola biləcək hər şey.

Şəxsiyyətin davranışları: Daha az diqqətcil insanlar daha sürətli və asan sayt dizaynı istəyirlər. Narahat insanlar isə daha çox müqayisəli bazarlıq edirlər. Şəxsiyyətin davranışları personajların ən əsas elementlərindəndir, buna görə də onu diqqətlə seçin.

Motivasiya: Bu amil də şəxsiyyətin davranışları kimi sizə müştərinizin necə düşündüyünü anlamağa kömək edir. Məsələn, sizin müştəriniz daha çox öz karyerasını, yoxsa şəxsi həyatını dəstəkləyən bir məshul almaq istəyər? Bu onu nəyin daha çox motivasiya etdiyindən asılıdır.

Məqsədlər: Bu sizin ehtiyaclarınızla birbaşa əlaqəlidir. Tecnologiya şirkəti öz proqram təminatı ilə bağlı daha spesifik tapşırıqlara fokuslanarkən, həyat tərzi ilə maraqlanan şirkət sosial həyatı və karyera ilə bağlı məqsədləri daha üstün tutacaqdır.

Üstün tutulan brendlər və təsir edənlər (influencers)

Siz müştərinin bəyəndiyi brendi və onun qərarlarına hansı tip insanların təsir etdiyini bilməklə onun haqqında çox şey deyə bilərsiniz. Eyni zamanda həmin brendlərin istifadə marketinq strategiyalarını nəzərdən keçirərək, eyni taktikaları sizin də edib-edə bilməyəcəyinizi bilə bilərsiniz.

Yadınızda saxlayın ki, personajlar tamamilə customizabledirlər və yuxarıda sadaladıqlarımız sadəcə başlama nöqtələri idi. Bundan əlavə olaraq, şirkətlər personajlar yaradarkən sosial media hesabları, texnologiya bacaarıqları, hobbilər və maraqlar, təhsil səviyyəsi və s. kimi faydalı hesab etdiyi bəzi əlavə sahələr vardır.

Addım 4. Onu paylaşın!

Personajlar təşkilat içərisində düzgün bölüşdürülmədikdə onların heç bir mənası olmur.

Sizin komandanızın bütün üzvləri əsas personajla tanış olmalıdırlar. Bu sizə hədəf kütlənizin problemləri ilə bağlı həmişə məlumatlı olmanıza səbəb olacaq və onların başqa qruplardan necə fərqləndiyini biləcəksniz.

Personaj yaratmaq üçün 3 faydalı alət

  1. Xtensio
Xtensio

Bu, istifadəçilərə paylaşıla bilən sənəd və təqdimat hazırlamağa imkan verən pulsuz və çox lazımlı alətdir. Çoxsaylı platforma və proqramlar təqdim edərək insanların ehtiyaclarını qarşılayır. Təqdimat, strategiya yaratmağınızdan və ya veb səhifə dizayn etmənizdən asılı olmayaraq siz hər şeyi “Xtensio”da edə bilərsiniz.

Ona strategiya, marketinq, əməliyyatlar və biznesin inkişafı üçün alətlər qutusu daxildir. Xtensio’nun əlçatan güclü xüsusiyyətlərinə daxil olmaq üçün sadəcə qeydiyyatdan keçmək və sonra istifadəçi personajı şablonuna keçid etmək kifayətdir. Cəlbedici və asan istifadə olunan bu şablonları müştərilərinizi daha tez əldə etmək üçün istənilən biznesdə istifadə edə bilərsiniz. Birdən çox personaj yaradın, əməkdaşlıq edin, redaktə edin, yükləyin və paylaşın!

2. Up Close and Persona

Up Close Persona

Əyləncəli, istifadəsi asan, informasiya dolu personajlar yaratmaq üçün mükəmməl alət! Əlavə olaraq, digər personaj generatorlarından daha detallı olan B2B personajlarına fokuslanmağınızı tövsiyə edərdik. Çünki bu sizə yalnız hədəf qrupunuza daxil olan müştəriləri tapmağa kömək etməyəcək, eyni zamanda işinizi öz sektorunuzda yerləşdirməyə də kömək edəcəkdir..

Müştəri personajlarınızı yaratmaq sizə marketinqin davamlı bir proses olduğunu xatırladır. İşinizi daha mükəmməl etmək üçün ticarət məlumatlarını toplamağa davam edə və onları məhsul və xidmətlərinizi yaxşılaşdırmaq, daha aktual etmək üçün istifadə edə bilərsiniz.

3. User Forge

Digər personaj yaradıcılarından fərqli olaraq, User Forge sizə kriteriyalar yaratmaq üçün daha çox azadlıq verir. Əgər auditoriyanızı cəlb etmək üçün nəyin ən vacib olduğunu bilirsinizsə, bu sizin üçün bir kriteriya ola bilər.

Sitatlar, kiçik mətnlər və siyahılar yaratmaq isə sizə və həmkarlarınıza ideal müştərilərinizi dəqiqləşdirməyə və marketinq səylərinizi cəmləşdirməyə kömək edəcəkdir.

Yekun

Personajlar çox güclü alətlərdir. Onlar di̇zayn prosesi̇ndə olan mürəkkəbli̇yi̇ azaldırlar; ideya proseslərinə rəhbərlik edir və dizaynerlərin hədəf istifadəçilər üçün yaxşı bir UX yaratmaq hədəfinə çatmasına kömək edirlər. Personajlar sayəsində dizaynerlər həqiqi istifadəçini etdikləri hər şeyin mərkəzində saxlayaraq daha diqqətli işləyə bilərlər.

Bu bloqda istifadəçi personajın nə olduğundan, ona nə üçün ehtiyacımız olduğundan, necə hazırlamalı olduğundan danışdıq. Sonda isə bu personajları yaratmaq və inkişaf etdirmək üçün 3 faydalı alətlə sizləri tanış etdik. Ümid edirik, faydalı oldu!

Ümid edirik zövq aldınız!

IT, Product Management, Data Science & Analysis, Dizayn, Marketinq sahələrində daha çox məlumat almaq üçün icmamıza qoşulun🤓⤵️

Azerbaijani Future Ninjas

Tezliklə görüşənədək!

--

--

Azerbaijani Future Ninjas

IT, Product Management, Data Science & Analysis, Dizayn, Marketinq sahələrində daha çox məlumat almaq üçün icmamıza qoşulun ⬇️ https://cutt.ly/wbzbqDC